Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara BAŞLADI
Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar “Defense One” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkə uzaqmənzilli raketlər və pilotsuz təyyarələr alacaq.
Mütəxəssis həmçinin qeyd edib ki, Estoniya ölkənin təhlükəsizliyini təmin etmək üçün NATO-dan daha sürətli hərəkət etməlidir.
Mərkəz rəhbərinin fikrincə, ölkə müdafiə xərclərini və qısamənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını artıra bilər.