Braziliya prezidenti Rusiyaya gəlməkdən imtina ETDİ

 22:25 20.10.2024     155

Braziliya Prezidenti Luis İnasio Lula da Silva səhhəti ilə əlaqədar oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə gedə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Braziliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçısı iclasda videokonfrans vasitəsilə iştirak edəcək:

"Prezident Luis İnasio Lula da Silva həkimin tövsiyəsi ilə uzunmüddətli hava səyahətinə müvəqqəti qadağa qoyulduğuna görə BRİKS-in Kazanda keçiriləcək sammitinə getməyəcək".