Pentaqonun rəhbəri Kiyevə getdi
ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlanmamış səfərlə Kiyevə gedib.
Redaktor.az xəbər verir ki, bu barədə "CNN" xəbər verir.
Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski və ukraynalı həmkarı Rustem Umerovla görüşəcək.
ABŞ müdafiə nazirinin Kiyevlə strateji tərəfdaşlığın gücləndirilməsi, o cümlədən Ukrayna silahlı qüvvələrinin qışda əməliyyatlar üçün lazımi döyüş qabiliyyəti ilə təmin olunmasına təminat məsələlərini müzakirə etməsi gözlənilir.
Türkan İSGƏNDƏRLİ