Türkiyə XİN FETÖ liderinin ölümünü TƏSDİQLƏDİ

 13:26 21.10.2024     173

Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə bu gün Ankarada ukraynalı həmkarı Andriy Sibiha ilə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.

Hakan Fidan Fətullah Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb.