"Ermənistan indiki mərhələdə BRİKS-ə üzv olmağı planlaşdırmır"
Ermənistan indiki mərhələdə BRİKS-ə üzv olmağı planlaşdırmır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Xeyr, yox, indiki mərhələdə yox” deyə o, jurnalistin BRİKS-ə üzvlük üçün müraciət etmək imkanı ilə bağlı müvafiq sualına cavab verib.
Bundan əvvəl Ermənistan Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, BRİKS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Turan İSMAYIL