BRİKS-də bu mövzular müzakirə olunacaq

 17:20 21.10.2024     170

Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinin iştirakçılarının gündəmində beynəlxalq məsələlər, xüsusilə də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Gündəliyə təxirəsalınmaz beynəlxalq məsələlər, xüsusən də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, həmçinin BRİKS ölkələri ilə Qlobal Cənub arasında davamlı inkişaf üçün qarşılıqlı fəaliyyət daxil olacaq.Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak edən bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək”, - məlumatda qeyd olunur.

Türkan İSGƏNDƏRLİ