NATO-nun yeni hərbi dəniz taktiki qərargahı açıldı

 17:47 21.10.2024     191

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın şimalında yerləşən Rostokda yeni NATO hərbi dəniz taktiki qərargahını açıb.

Redaktor.az xəbər verir ki, bu barədə  Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Almaniya Baltik dənizində məsuliyyəti öz üzərinə götürür. Almaniya Hərbi Dəniz Qüvvələri Baltik dənizi regionunda döyüş hazırlığını gücləndirməyə çalışan Şimali Atlantika Alyansının vəzifələrini layiqincə yerinə yetirəcək. NATO-nun yeni çoxmillətli dəniz taktiki qərargahına Almaniya Hərbi Dəniz Qüvvələrinin 160 əməkdaşı daxildir", - məlumatda qeyd olunur.

Türkan İSGƏNDƏRLİ