Moldova Prezidenti mediadan sui-istifadə edib

 18:03 21.10.2024     218

Moldova Prezidenti Maia Sandu prezident seçkiləri və referendum kampaniyası zamanı mediada imtiyazlı mövqedən istifadə edib və inzibati resurslardan sui-istifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Beynəlxalq Seçki Müşahidə Missiyası bəyanat yayıb.

"Prezident seçkiləri ilə referendum kampaniyasının eyni vaxtda aparılması, hazırkı prezident və hökumətin xeyrinə olan KİV-in işıqlandırılması tam bərabər imkanlar yaratmayıb. Kampaniyalarda inzibati resurslardan sui-istifadə halları qeyd olunub", - sənəddə deyilir.

Türkan İSGƏNDƏRLİ