Hindistan Çinlə münaqişəyə son QOYDU

 20:26 21.10.2024     189

Hindistanla Çin sərhədində dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyulub.

Redaktor.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib.

O qeyd edib ki, patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq münaqişənin sona çatmasında mühüm rol oynayıb:

“Bu, sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradır”.