İsrailin hücumları əhalinin yox olmasına səbəb ola bilər - BMT

 20:39 21.10.2024     244

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) İsrailin Qəzzanın şimalındakı hücumları, məhdudiyyətləri və insanların məcburi köçkünlüyünün oradakı Fələstin xalqının tamamilə məhvinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, OHCHR İsrailin təxminən 3 həftədir Qəzzanın şimalında həyata keçirdiyi intensiv hücumlar və məhdudiyyətlərlə bağlı yazılı açıqlama verib.

Bəyanatda İsrailin Qəzzanın şimalındakı vəhşi hücumlarının dəhşətli olduğu qeyd edilib və əlavə edilib: “İsrailin Qəzzanın şimalında vəhşicəsinə hücumları, insanları məcburi köçkün vəziyyətinə salması və humanitar yardımlara ciddi məhdudiyyətlər qoymasının təsiri, Qəzzada Fələstin əhalisinin tam məhvinə səbəb ola bilər".

Seymur BƏNNAYEV