İsrail fələstinliləri şimaldan köçməyə məcbur EDİR

 20:43 21.10.2024     109

İsrail yüzlərlə fələstinlini 17 gündür intensiv hücum və mühasirədə saxladığı Qəzza zolağının şimalındakı Beyt Lahya qəsəbəsindəki yaşayış mərkəzlərindən zorla çıxardıqdan sonra silah təhdidi altında mühacirət etməyə məcbur edib.

Redaktor.az xəbər verir ki, Qəzzanın şimalını işğal edən İsrail əsgərləri İndoneziya Xəstəxanası yaxınlığındakı köçkünlər üçün sığınacaq mərkəzinə basqın edib. Əsgərlər buraya sığınan çox sayda fələstinli kişini saxlayıb.

İsrail əsgərlərinin təxliyyə edilməzdən əvvəl sığınacaq mərkəzində qadın və uşaqları təhlükəsizlik yoxlamaları qorxu və panikaya səbəb olub.

İsrail ordusu Qəzza zolağının şərqindəki Səlahəddin küçəsi yolunun təhlükəsiz olduğunu iddia edərək, qaçqınların bu küçədən keçərək cənub bölgələrinə getməsini istəyib.

Seymur BƏNNAYEV