İsrailin Livana hücumları nəticəsində 17 nəfər ÖLDÜ

 22:08 21.10.2024     120

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 4-ü səhiyyə işçisi olmaqla 17 nəfər həyatını itirib, azı 10 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail ordusu hava hücumları ilə tibb qrupları və təcili yardım maşınlarını hədəf alıb.

Açıqlamada hücumlar nəticəsində 4 səhiyyə işçisinin həyatını itirdiyi, 5-nin yaralandığı, hücumlar nəticəsində 3 təcili yardım maşınına ziyan dəydiyi bildirilib.

Bəyanatda Beyruta səfər edən beynəlxalq ictimaiyyətə və diplomatik rəsmilərə İsrailin hücumlarını dayandırmaq üçün səy göstərmələri üçün çağırış edilib.

Seymur BƏNNAYEV