Annalena Berbokun İsrailin hücumlarını qanuniləşdirməsinə etiraz EDİLDİ

 23:14 21.10.2024     184

Almaniyanın paytaxtı Berlində xarici işlər naziri Annalena Berbokun İsrailin Fələstin vətəndaşlarını hədəf alan hücumlarını qanuniləşdirən açıqlamalarına görə etiraz edilib.

Redaktor.az xəbər verir ki, Berlində əksəriyyəti fələstinli qruplar olmaqla bir çox fəal Almaniya Xarici İşlər Nazirliyinin qarşısına toplaşaraq Berboka etiraz ediblər.

Burada fəallar Fələstində şəhid olanlar üçün dualar edib, Fələstin himnini oxuyublar.

Fəallar “Fələstinə azadlıq”, “Livana azadlıq”, “Uşaqlarımız yaşamaq istəyir, Baerbok buna qarşıdır”, “Alman silahları, alman pulu, bütün dünyada öldürür”, “Almaniya maliyyələşdirir, İsrail bombalayır”, “ Sionizm cinayətdir, əllərinizi Fələstindən çəkin" şüarları səsləndiriblər.

Seymur BƏNNAYEV