Belçikanın "Şarlerua" hava limanında uçuşlar ləğv EDİLDİ

 23:20 21.10.2024     107

Belçikanın Şarlerua hava limanında mühafizəçilərin tətili səbəbindən sabah uçması planlaşdırılan bütün reyslər ləğv edilib.

Redaktor.az xəbər verir ki, Şarlerua hava limanı təhlükəsizlik işçilərinin sabah tətilə başlayacağını və bütün xarici uçuşların ləğv edildiyini açıqlayıb.

Açıqlamada hava limanında təhlükəsizlik əməliyyatlarını təmin etmək üçün kifayət qədər personalın olmayacağı, sabah reysləri olan sərnişinlərin yeni rezervasiya edə və ya pulunu geri ala biləcəkləri bildirilib.

Açıqlamaya görə, Şarlerua hava limanına gələn reyslərin həyata keçirilməsi planlaşdırılır.

Seymur BƏNNAYEV