ABŞ Macarıstana xəbərdarlıq etdi
ABŞ Macarıstana mümkün silahlı hərəkətlə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.
Məlumata görə, Amerika Macarıstan hakimiyyətini 1956-cı il qiyamının ildönümünə mümkün silahlı aksiya ilə bağlı diqqətli olmaları barədə çağırış edib. Məlum olub ki, bir qrup gənc silahlı aksiyaya hazırlaşır. Bununla bağlı artıq 6 nəfər saxlanılıb.
Türkan İSGƏNDƏRLİ