Blinken İsrailə GETDİ

 12:00 22.10.2024     117

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə 11-ci səfərinə başladığı İsrailə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, onun İsraildə Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşü nəzərdə tutulub. Dövlət katibi regionda Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə İsrail arasında münaqişənin diplomatik həllini müzakirə edəcək.

Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək.

Türkan İSGƏNDƏRLİ