Cənubi Koreya Ukraynaya hərbi yardım edə bilər
Koreya Respublikasının hakimiyyət orqanları Ukraynaya silah tədarükü edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Seul “Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın səviyyəsindən asılı olaraq” qeyri-silah yardımının artırılmasından Kiyevi öldürücü hücum silahları ilə təchiz etməyə mərhələli keçidi nəzərdən keçirir.
Cənubi Koreya Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə nəzarət edəcək.
Qeyd edək ki, Moskva Koreya Xalq Ordusunun bölmələrinin Rusiyaya göndərilməsi ilə bağlı fərziyyələri yalan xəbər kimi rədd edib.
Türkan İSGƏNDƏRLİ