Aİ avroya zərər vurub

 17:31 22.10.2024     145

Avropa Parlamentinin Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirdən kredit ayrılmasını təsdiqləməsindən sonra avro zərbə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Kiril Loqvinov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı xarici dövlətin suveren aktivlərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq edərkən, qəsdən qlobal miqyasda iqtisadi cinayət törədib. Beləliklə, Brüssel özü Avropa İttifaqında investisiya mühitini pisləşdirib.

Xatırladaq ki, Avropa Parlamenti Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlir müqabilində 35 milyard avro kredit ayırmaqda israrlı olan Avropa Komissiyası ilə razılaşıb .

Türkan İSGƏNDƏRLİ