Zelenski Almaniyanın münasibətindən narazıdır
Almaniya Kiyevin NATO-ya daxil ola biləcəyinə şübhə ilə yanaşması Zelenskinin narazılığına səbəb olub.
Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özü bildirib.
O, Berlinin alyansın hipotetik genişlənməsinə münasibətindən şikayətlənib.
"Almaniya tərəfi bizim NATO-ya daxil olmağımıza şübhə ilə yanaşır Rusiyanın reaksiyası baxımından məsələdən qorxurlar. ABŞ-niın Ukraynanı NATO-ya dəvət etməsi Berlinin mövqeyini dəyişə bilər", - Ukrayna lideri qeyd edib.
Türkan İSGƏNDƏRLİ