Rüsvayçı faktlar var - Ukrayna baş prokuroru istefa verdi

 19:29 22.10.2024     162

Ukrayna Baş prokuroru Andrey Kostin vəzifəsindən istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə onun Ukrayna Baş Prokurorluğunun Telegram kanalında dərc olunan bəyanatında deyilir.

"Ukrayna prezidenti bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının hökumət məmurlarının saxta əlilliyi ilə bağlı açıq-aşkar əxlaqsız vəziyyətlə bağlı iclasını keçirib. Hazırda bütün səviyyələrdə yoxlamalar aparılır, cinayət işləri araşdırılır", - deyə Kostin bildirib.

O əlavə edib ki, Ukrayna prokurorluğu sistemində çoxlu rüsvayçı sui-istifadə faktları müəyyən edilib.