ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını GENİŞLƏNDİRİR

 20:08 22.10.2024     180

ABŞ administrasiyası gələn həftə Rusiya ilə bağlı sanksiyaları sərtləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyanın məhdudiyyətlərdən yayınması ilə mübarizəni davam etdiririk və gələn həftə yeni sərt sanksiyalar tətbiq edəcəyik”, - o deyib.

C.Yellen əlavə edib ki, məhdudiyyətlər Rusiyanın silahlı qüvvələri üçün kritik materiallar təmin edən üçüncü ölkələrə də şamil ediləcək.