Zelenski Putinin həbsinə imkan verən qanunu İMZALADI

 20:23 22.10.2024     137

Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ukraynanın Cinayət və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat yayılıb.

Qeyd edək ki, Roma Statutunu 137 dövlət imzalayıb, 124 dövlət isə ratifikasiya edib.

2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) BCM prokuroru Kərim Xanın ərizəsi əsasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiya prezidenti hərbi cinayətdə, yəni Rusiyanın Ukraynaya müdaxiləsi zamanı bu ölkənin işğal olunmuş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə ittiham olunub.