Ərəb Liqasının növbədənkənar iclası KEÇİRİLDİ
Ərəb Liqası Fələstinin tələbi ilə İsrailin Qəzzada törətdiyi soyqırımını müzakirə etmək üçün fövqəladə iclas keçirib.
Redaktor.az xəbər verir ki, Misirin rəsmi agentliyi olan MENA-nın xəbərinə görə, Ərəb Liqası Fələstin rəhbərliyinin dünənki “İsrailin Qəzzada Fələstin xalqına qarşı törətdiyi hərbi cinayətlərin artması və Qəzzanın şimalının bölgədən ayrılması ilə bağlı” çağırışından sonra daimi nümayəndələr səviyyəsində toplanıb.
Fələstinin Ərəb Liqasındakı Daimi Nümayəndəsi Mühənnad əl-Aqluk iclasda etdiyi çıxışında deyib: “İşğalçı İsrailin etdiyi, siyasi və hərbi planlarını həyata keçirərək, Fələstin vətəndaşlarını zorla köçə məcbur etməkdir. İsrail onları məhv edir, acından öldürür və onlar həyatlarını davam etdirə bilmirlər”.
Seymur BƏNNAYEV