Blinken və Netanyahu GÖRÜŞDÜ

 21:02 22.10.2024     167

ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Redaktor.az xəbər verir ki, kritik görüşlə bağlı ABŞ Dövlət Departamentindən yazılı açıqlama verilib.

Görüş zamanı HƏMAS ilə Təl-Əviv rəhbərliyi arasında əsir mübadiləsi, Qəzzada humanitar vəziyyət və Hizbullah-İsrail qarşıdurması kimi məsələlərin müzakirə edildiyi bildirilib.

Blinkenin Netanyahuya "İsrail ordusunun həyata keçirdiyi hücumda Həmas lideri Yəhya Sinvarın ölməsindən istifadə edərək" əsir mübadiləsi və Qəzzada atəşkəsə nail olunması lazım olduğunu vurğuladığı paylaşılıb.

Seymur BƏNNAYEV