İsrail ordusu 11 yaşlı fələstinli uşağı ÖLDÜRDÜ

 21:48 22.10.2024     83

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən yaralanan 11 yaşlı fələstinli uşaq həyatını itirib.

Redaktor.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail əsgərlərinin Nablusda bir fələstinlini saxladıqdan sonra geri çəkilərkən Abdullah Camal Hevaşı yaraladığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İordan çayının qərb sahilindəki Nablus şəhərində İsrail əsgərləri tərəfindən ağır yaralanan 11 yaşlı uşağı xilas etmək mümkün olmayıb.

Seymur BƏNNAYEV