İsrailin Livana hücumları nəticəsində 10 nəfər ÖLDÜ

 23:24 22.10.2024     69

İsrail ordusunun Livanın şərq və cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun Livanın şərqindəki Baalbek-Əl-Hirmil bölgəsinə bağlı əl-Maeliyə təşkil etdiyi hücumda 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

İsrail ordusunun Livanın cənubundakı Nabatiyə bölgəsindəki Kəssar əz-Zatər məhəlləsinə təşkil etdiyi hava hücumunda 5 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

İsrailin hücumunun hədəfi olan strukturların dağıntıları altından parçalanmış cəsədlərin çıxarıldığı və şəxsiyyətin müəyyən edilməsi üçün DNT testlərinin aparıldığı açıqlanıb.

Seymur BƏNNAYEV