İsrailin Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində həlak olanlar var

 23:54 22.10.2024     159

Oktyabrın 21-də İsrail aviasiyası Dəməşq ərazisinə zərbələr endirib, nəticədə iki nəfər həlak olub, Suriya paytaxtının üç sakini yaralanıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.

"Oktyabrın 21-də İsrailin Dəməşq şəhərinin Əl-Mezze rayonuna endirdiyi hava zərbəsi nəticəsində Suriya paytaxtının iki sakini həlak olub, üç nəfər yaralanıb", - o deyib.

Bundan əlavə, onun məlumatlarına görə, Əl-Tanf bölgəsində koalisiya aviasiyası tərəfindən Suriya Ərəb Respublikasının hava məkanından istifadə qaydalarının gündə 20 pozuntusu qeydə alınıb.

İqnasyuk bildirib ki, gün ərzində koalisiya Rusiya tərəfi ilə razılaşdırılmayan pilotsuz uçuş aparatlarının uçuşları ilə bağlı 9 dekabr 2019-cu il tarixli münaqişənin aradan qaldırılması protokollarının müddəalarının pozulması ilə bağlı dörd fakt qeydə alıb.

T.İSMAYIL