Paşinyan sabah Kazana GEDİR
Ermənistan Baş naziri Nikol Paşinyan sabah səhər tezdən Kazana yola düşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyi mənbələrə istinadla yazıb.
Bildirilir ki, Ermənistanın baş naziri BRİKS+ formatında sammitin ikinci hissəsində iştirak edəcək.
Qeyd olunur ki, qonaqların əsas hissəsi BRİKS-ə üzv ölkələrin dar və geniş tərkibli iclasında iştirak etmək üçün bu gün sammitə gedib. Bir gün əvvəl Çin, Hindistan və Cənubi Afrika Respublikasının liderləri Tatarıstana gediblər.