Belarusa hücum olarsa, Rusiya nüvə silahından istifadə edə bilər - Belousov

 12:12 23.10.2024     206

Rusiya Belarusa yönələn aqressiya səbəbindən nüvə silahından istifadə oluna bilər.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov hər iki ölkənin Müdafiə nazirliklərinin Minskdəki kollegiya iclasında deyib.

O həmçinin ölkəsi ilə Belarus arasında İttifaq dövləti çərçivəsində tərəfdaşlığı xatırladıb. Rusiyanın yenilənmiş nüvə siyasətini şərh edən A.Belousov əlavə edib ki, bunu qlobal səviyyədəki reallıqlar tələb edir:

“Dünyada hərbi-siyasi reallıqlar dəyişib. Rusiya da öz siyasətini buna müvafiq olaraq həyata keçirir. Belə olan şəraitdə Belarusa qarşı istənilən hərbi aqressiya cəhdinə nüvə silahı ilə cavab veriləcəyini istisna etmirik”.