Rusiya və İran razılığa gəldilər

 17:46 23.10.2024     94

Yaxın vaxtlarda İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi təntənəli mərasimlə imzalanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

"Tezliklə biz əldə edilmiş nəticələri Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair yeni böyük beynəlxalq sazişlə möhkəmləndirə biləcəyik", - dövlət başçısı bildirib.

O, bu sənədin və digər mühüm sənədlərin təntənəli şəraitdə imzalanması üçün Rusiya Federasiyasına ayrıca səfərə dəvəti qəbul etdiyinə görə həmsöhbətinə minnətdarlığını bildirib.

Türkan İSGƏNDƏRLİ