Qərb Ukraynaya qoşun göndərsə, nüvələr işə düşəcək - Zaxarova
Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsi nüvə gücləri arasında birbaşa toqquşmaya gətirib çıxaracaq.
Redaktor.az xəbər verir ki, bunu brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornunun Ukraynada çəkindirici qüvvələrin yerləşdirilməsi məsələsini şərh edərkən deyib.
“Lekornu Ukraynaya xarici qoşunların göndərilməsi ideyası irəli sürən yeganə nümayəndə deyil. Bu ideyanın praktiki həyata keçirilməsi fəlakətli nəticələrlə birbaşa nüvə güclərinin toqquşmasına gətirib çıxaracaq. Ümid edirik ki, Fransa eləcə də digər Qərb ölkələri bunu yaxşı fikirləşər”, - diplomat qeyd edib.
Türkan İSGƏNDƏRLİ