BRİKS dövlətlərindən Yaxın Şərqə ÇAĞIRIŞ
BRİKS-ə üzv ölkələr Qəzzada dərhal atəşkəsə və bütün girovların ilkin şərt olmadan azad edilməsinə çağırış ediblər.
Redaktor.az xəbər verir ki, bu, assosiasiya sammitinin yekunlarına əsasən qəbul edilən Kazan bəyannaməsində qeyd olunub.
“Biz Qəzza zolağında hərtərəfli və daimi atəşkəsin dərhal həyata keçirilməsinin, qanunsuz əsir saxlanılan hər iki tərəfdən bütün girovların və məhbusların ilkin şərt qoyulmadan dərhal azad edilməsinin, maneəsiz, davamlı və genişmiqyaslı atəşkəsin təcili həyata keçirilməsinin vacibliyini vurğulayırıq. Qəzza zolağına humanitar yardımın çatdırılmalı, istənilən təcavüzkar hərəkətlərin dayandırılması lazımdır.”, - sənəddə deyilir.
Liderlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam yerinə yetirilməsinə çağırıblar. Onlar Misir, Qətər və prosesin digər iştirakçılarının dərhal atəşkəsə, humanitar yardımın çatdırılmasını sürətləndirməyə və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasına yönəlmiş davam edən səylərini alqışlayıblar.
Türkan İSGƏNDƏRLİ