TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfər öldü, 14 nəfər yaralandı - YENİLƏNİB

 19:26 23.10.2024     154

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Redaktor.az-ın məlumatına görə, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

18:58

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, 2 terrorçu da hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.