Lukaşenko prezidentliyə namizədliyini AÇIQLADI
Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bunu Kazanda Aleksandr Lukaşenkodan müsahibə götürən rusiyalı jurnalist Olqa Skabayeva deyib.
“Lukaşenko yeni müddətə namizəd olmaq qərarına gəlib”, - Skabayeva bildirib.
Skabayeva deyib ki, Lukaşenkodan yanvarda keçirilən prezident seçkilərində namizəd olub-olmayacağını soruşub.
“Bəli Olya, prezident seçkisinə gedəcəyəm”, - Lukaşenko bildirib.