ABŞ dollardan silah kimi istifadə edir - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ dollardan silah kimi istifadə edir. Buna qarşılıq olaraq BRİCS-in isə öz milli valyutasının istifadəsini asanlaşdırmaq imkanları var.
Redaktor.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kazanda keçirilən 16-cı BRİCS Liderlər Zirvə toplantısının iclasında çıxış edib.
Pezeşkian deyib: "ABŞ digər ölkələrə nəzarət etmək üçün dollardan silah kimi istifadə edir. Dünya BRİCS-i dolların gücünü zəiflədəcək və milli valyutaları dövriyyəyə buraxacaq bir təşkilat kimi tanıyır. BRİCS-ə üzv ölkələr enerji, ərzaq məhsullarının ən böyük istehsalçısı və istehlakçısıdır. Vacib nəqliyyat və tranzit xətlərinin olması milli valyutalardan istifadəni asanlaşdırır”.
Seymur BƏNNAYEV