Hizbullah Nəsrullahın mümkün varisi Safiyuddinin ölümünü TƏSDİQLƏDİ

 21:54 23.10.2024     181

Livandakı Hizbullah təşkilatı sentyabrın 27-də İsrailin sui-qəsdi nəticəsində öldürülən Hizbullah İcraiyyə Şurasının sədri və Həsən Nəsrullahın mümkün varisi Haşim Safiyuddinin ölümünü təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Hizbullah tərəfindən verilən yazılı açıqlamada Safiyəddinin “sionistlərin qanlı hücumunda həyatını itirdiyi” bildirilib.

Bəyanatda Hizbullahın İcra Şurası da daxil olmaqla müxtəlif səviyyələrdə xidmət edən Safiyuddinin “Nəsrullahın qardaşı" ifadəsi yer alıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari dünən verdiyi açıqlamada Safiyuddinin oktyabrın 4-də Beyrutun cənubundakı Dahiyə bölgəsinə edilən hücumda öldüyünü açıqlayıb

Seymur BƏNNAYEV