Türkiyədəki teraktı kim törədib? - Yaşar Güler açıqladı

 21:59 23.10.2024     207

TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik", - Y.Gülər vurğulayıb.

Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 4 nəfər şəhid olub, 14-ü isə yaralanıb.