Qarşılığını misliylə verəcəyik - Yaşar Güler
"Son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik, edilənləri və onların ağrılarının qarşılığını misliylə verəcəyik. Bunu hamı görəcək".
Redaktor.az xəbər verir ki, TUSAŞ-a qarşı törədilən terrorla bağlı Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər açıqlama verib.
Gülər açıqlamasında bunları deyib:
"Onlar hər zaman olduğu kimi TUSAŞ obyektlərimizə alçaq və şərəfsiz hücum edərək millətimizin dincliyini pozmağa çalışdılar. Biz bu PKK şərəfsizlərinə hər dəfə layiq olduqları cəzanı veririk, amma heç vaxt ağıllanmırlar. Hər dəfə dediyimi bir daha deyirəm ki, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik, edilənləri və onların ağrılarının qarşılığını misliylə verəcəyik. Bunu hamı görəcək".
Seymur BƏNNAYEV