Rusiyadan nüvə münaqişəsi xəbərdarlığı: Bu fəlakətlə nəticələnəcək

 22:44 23.10.2024     145

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici hərbçilərin Ukraynaya göndərilməsinin nüvə gücləri arasında münaqişəyə səbəb olacağını və bunun fəlakətlə nəticələnəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Fransanın müdafiə naziri Sebastien Lecornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsinə diqqət yetirilməlidir” ifadəsi ilə bağlı sualı cavablandıran Zaxarova digər Qərb rəsmilərinin də bu məsələyə toxunduğuna diqqət çəkib.

Zaxarova deyib: "Ukraynaya xarici hərbi birləşmələrin göndərilməsi birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacaq. Bu, fəlakətlə nəticələnəcək. Avropanın bir çox ölkəsi Fransanın bu təklifini dəstəkləmədi. Xatırlatmaq istərdim ki, Rusiyaya mane olmaq və strateji cəhətdən məğlub etmək cəhdləri Fransa üçün pis başa çatıb".

Seymur BƏNNAYEV