Ağ Ev Baydenin Trampı həbs etməsini müdafiə etdiyini inkar edir
Ağ Ev ABŞ Prezidenti Co Baydenin Respublikaçı Donald Trampın həbs edilməsinə dəstək verdiyini təkzib edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, Baydenin "nə demək istədiyini aydınlaşdırdığını" söyləyib. Jurnalistin müvafiq sualını cavablandıran Jan-Pyer "O, siyasi mənada onu həbs etmək istədiyini söyləyib" deyib. Daha əvvəl Nyu-Hempşirdə danışan Bayden ABŞ-nin keçmiş prezidenti Trampın “qandallanmalıdır” fikrini ifadə edib.
ABŞ-də növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçıların namizədi Tramp, Demokratların namizədi isə ABŞ-nin vitse-prezidenti Kamala Harris olacaq.
ABŞ-də Trampa qarşı bir neçə məhkəmə prosesi gedir. Vaşinqtondakı məhkəmədə, xüsusən də respublikaçı, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə uduzmasına baxmayaraq, qeyri-qanuni hərəkətlərlə hakimiyyəti əldə saxlamaq cəhdində ittiham olunur.
Turan İSMAYIL