Bayden Trampın faşist olduğunu düşünür - Ağ Ev
ABŞ Prezidenti Co Bayden sələfi dövlət başçısı Donald Trampı faşist hesab edir.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer təsdiqləyib.
Ondan demokrat Co Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürən respublikaçı Donald Trampı həqiqətən də faşist hesab edib-etməməsinə aydınlıq gətirməsi istənilib.
Prezident Bayden Donald Trampın faşist olduğunu düşünürmü?" – sualına Jan-Pyer belə cavab verib:
"Yaxşı, demək istəyirəm ki... Bəli. O, (Tramp) özü dedi, keçmiş prezident dedi ki, Ağ Evə qayıtsa, hakimiyyətdə olduğu ilk gündə diktator olacaq. Biz buna göz yuma bilmərik. 2021-ci il yanvarın 6-da baş verənləri unuda bilmərik.
Adolf Hitleri tərifləmək təhlükəli və iyrəncdir".
Turan İSMAYIL