Valideyn nəzarəti olmayan qardaş və bacı pəncərədən yerə yıxıldılar

 23:47 23.10.2024     84

Vladiqafqazda bacı və qardaş olan uşaqlar dördüncü mərtəbədəki mənzilin pəncərəsindən qonşularının gözü qarşısında yerə yıxılıblar.

Redaktor.az xəbər verir ki, “Sapa 15” "teleqram kanalının məlumatına görə, hadisə Sputnik kəndində valideynlər evdən çıxaraq məktəbəqədər uşaqları nəzarətsiz qoyarkən baş verib. 

Vəziyyəti son dərəcə ağır olan qardaş və bacı reanimasiyaya yerləşdirilib. Hadisə yerinə gələn müstəntiqlər uşaqların yaşadığı binanın antisanitar vəziyyətdə olduğunu müəyyən ediblər. Məlum olub ki, pəncərənin şüşəsi olmayıb və şüşə lentlə əvəz edilib.

İndi həkimlər yeddi yaşlı oğlan və altı yaşlı qızın həyatı üçün mübarizə aparırlar.

Turan İSMAYIL