Türkiyə hakimiyyəti Ankaradakı terror aktının mümkün təşkilatçıları barədə DANIŞDI

 23:54 23.10.2024     194

Türkiyə hakimiyyəti Ankaradakı terror aktında PKK terror təşkilatının nümayəndələrinin əli ola biləcəyinə inanır.

Redaktor.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

O, hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesinin davam etdiyini vurğulayıb.

Yerlikaya onların hərəkətlərinin böyük ehtimalla PKK ilə əlaqəli olduğunu irəli sürüb.

O da bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda proqramını yarımçıq qoyub, oktyabrın 24-ü, cümə axşamı səhər saatlarında Türkiyəyə qayıdır.

Xatırladaq ki, oktyabrın 23-ü günorta saatlarında terrorçular Türkiyənin ən böyük müdafiə müəssisələrindən birinə hücum ediblər. Onlar pulemyot, tapança və qumbaraatanlarla mühafizəçilərin yanından keçərək insanları girov götürə biliblər. İki hücumçu sonda məhv edilib. Türkiyə hakimiyyət orqanları hücumun mediada işıqlandırılmasını qadağan edib və sosial medianı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Terror hadisəsi Rusiyada keçirilən BRİKS sammiti zamanı baş verib. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin Ərdoğana başsağlığı veriblər.

Turan İSMAYIL