Gürcüstanın Baş nazirindən Ukraynadakı münaqişənin bitəcəyi tarixlə bağlı PROQNOZ
Gürcüstan hakimiyyəti Ukraynadakı döyüşlərin ən geci 2025-ci ilin ortalarında bitəcəyini gözləyir.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
"Konkret məntiqi nəticələr çıxarmağa imkan verən müxtəlif məlumatlar var. Bunlar şifahi söhbətlər deyil. Düşünürük ki, müharibənin yanvarda, maksimum gələn ilin ortalarında başa çatması daha realdır. Hər şey bunu göstərir və biz də bunu göstəririk. Konkret məlumat əsasında danışmaq, məntiqi nəticə bir növ intuisiyaya deyil, konkret məlumata əsaslanır”, – hökumət başçısı deyib.
Qeyd edək ki, hHakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkənin Avropa İttifaqı və ABŞ ilə münasibətləri Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra yaxşılaşmağa başlayacaq, onların fikrincə, bu, 2025-ci ildə gözlənilir.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində Ukraynada hərbi əməliyyatların 2024-cü ildə bitməyəcəyini bildirmişdi.
Turan İSMAYIL