"Biz bilirik ki, Türkiyənin böyük məqsədlərinə çatmasına mane olmaq üçün kimlər planlar qurur"

 01:15 24.10.2024     71

TUSAŞ-da terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyada səfərdə olduğu zaman həyata keçirilməsi təsadüfi deyil.

Redaktor.az-ın "Milliyet"ə istinadla məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin başqanı Numan Kurtulmuş terror aktı zamanı yaralananları xəstəxanada ziyarətdən çıxarkən mətbuata açıqlamasında bildirib.

"Türkiyə olaraq qəlbimizi parçalayan böyük bir ağrı, böyük bir terror hadisəsi yaşadıq. Biz millət olaraq terrora qarşı bir yerdə olduq və bu mübarizəni bu günə çatdırdıq. Biz bilirik ki, Türkiyənin böyük məqsədlərinə çatmasına mane olmaq üçün kimlər planlar qurur. Biz isə onlara qarşı mübarizəmizi davam etdirəcəyik", - deyə parlament sədri bildirib.

Turan İSMAYIL