Terrorda həlak olan qadın ərinin aldığı gülləri götürməyə ÇIXIBMIŞ

 10:56 24.10.2024     121

Ankarada törədilən terror aktında həlak olan 5 TUSAŞ əməkdaşının kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, bu haqda “T24” məlumat yayıb.

Həmin şəxslər keyfiyyət nəzarətçisi-Cengiz Coşqun, baş mexaniki mühəndis-Zahidə Güclü, taksi sürücüsü-Murad Arslan, TUSAŞ əməkdaşı-Həsən Hüseyin Cambaz, TUSAŞ təhlükəsizlik müdiri-Atakan Şahin Ərdoğandır.

Müəssisənin baş mexaniki mühəndisi vəzifəsində çalışan Zahidə Güclü terror anında həyat yoldaşının evlilik ildönümü münasibətilə göndərdiyi gülləri götürməyə çıxıbmış.

Mühafizə xidmətinin yanına çiçəkləri götürməyə düşən zaman terrorçuların silahından açılan atəşdən ağır yaralanıb.

Daha sonra iki uşaq anası olan Zahidəni “Yenimahalle Təhsil və Araşdırma Xəstəxanası”na yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.