Belarus BRİKS-ə qoşulmağa hazırdır

 14:17 24.10.2024     261

Belarus BRİKS-in tamhüquqlu üzvü olmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu sözləri ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Minsk BRİKS-ə tam üzv olmağa hazır olduğunu təsdiqləyir. Biz BRİKS fəlsəfəsini tam şəkildə qəbul edir, ümumbəşəri problemlərin həllinə kömək etmək üçün nəzərdə tutulmuş layihələr hazırlayır", - dövlət başçısı qeyd edib.

Lukaşenko vurğulayıb ki, Belarus sammitdə iştirak edən ölkələrin mütləq əksəriyyəti ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyət və etimad münasibətləri inkişaf etdirib.

Türkan İSGƏNDƏRLİ 
 

 

Vumart və Güvən reklamı Vumart Güvən