İsrail İrana hücumu buna görə təxirə saldı

 17:30 24.10.2024     169

ABŞ kəşfiyyatının sızması İsrailin İrana cavab hücumunu təxirə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

“Amerika sənədlərinin sızması müəyyən strategiyaların və komponentlərin dəyişdirilməsi zərurəti ilə əlaqədar hücumu ləngitdı. Qisas olacaq, lakin bu, nəzərdə tutulduğundan daha uzun çəkəcək”, - məlumatda yazılır.

Bildirilir ki, ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahunu İrana cavab verməməyə çağırıb.

Türkan İSGƏNDƏRLİ