BRİKS ədalətli dünya nizamına misilsiz töhfə verir - Ərdoğan
Hazırkı beynəlxalq çaşqınlıq şəraitində BRİKS ədalətli dünya nizamının formalaşmasına unikal töhfə verir.
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS-in toplantısında bildirib.
"Mövcud şəraitdə güclər balansı dəyişərkən sosial və iqtisadi zəiflik artır. İkinci Dünya Müharibəsindən sonrakı dövrün məhsulu olan siyasi və maliyyə mexanizmləri indiki gözləntiləri doğrulda bilmir. Türkiyə daha ədalətli bir dünyanın olacağına əmindir. Biz çoxlu çətinliklərlə qarşılaşırıq, Türkiyə ilə qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan dialoqu inkişaf etdirmək əzmindəyik. BRİKS-də buna böyük töhfə verir",- lideri qeyd edib.
Türkan İSGƏNDƏRLİ