Qəzzada atəşkəs danışıqlarının yaxın günlərdə BAŞLAYACAQ
ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs danışıqlarında iştirak edən tərəflərin yaxın günlərdə görüşəcəklərini bəyan edib.
Redaktor.az xəbər verir ki, Blinken 11-ci Yaxın Şərq turu çərçivəsində Qətərin paytaxtı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.
Regional və qlobal hadisələrlə yanaşı, Yaxın Şərqdəki son vəziyyətin, xüsusilə də İsrailin Qəzza və Livanda davam edən hücumlarının müzakirə edildiyi danışıqlarda bölgədəki münaqişələrin dayandırılması, humanitar yardımların sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Seymur BƏNNAYEV